Logo

Millimizin ilk sınağı


Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasına start veriləcək.

TopXeber.Az xəbər verir ki, millimiz də turnirdə ilk oyununa çıxacaq.

A qrupunda yer alan Azərbaycan yığmasının ilk rəqibi Ukrayna olacaq.

Faiq Qarayevin komandasə rəqibini Bakıda qəbul edəcək.

Görüş saat 18:00 start götürəcək.

Matçı Yunanıstan Voleybol Federasiyasından Epaminondas Gerothodoros və azərbaycanlı Eldar Əliyev idarə edəcək.

A qrupunun digər oyununda isə Bolqarıstan Portuqaliyanı sınağa çəkəcək.

Qızıl Avropa Liqası

I tur

19 may

18:00. Azərbaycan - Ukrayna  

Hakimlər: Epaminondas Gerothodoros (Yunanıstan), Eldar Əliyev (Azərbaycan)

Bakı, Voleybol mərkəzi