Logo

Dövlət başçısı Yusif Eyvazova “Xalq artisti” adı verilməsi haqqında sərəncam imzalayıb


Prezident İlham Əliyev Yusif Vilayət oğlu Eyvazova “Xalq artisti” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.

TopXeber.Az-ın xəbərinə görə, sərəncamda Y. Eyvazovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə fəxri ada layiq görüldüyü qeyd olunub.