Logo

Evə qız gətirən oğlandan DƏHŞƏTLİ ƏMƏL - BAKIDA


Bakıda mühafizəçini bıçaqlamaqda təqsirli bilinən Mehdi Ovçuzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Mehdi Ovçuzadə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə hökmü elan edərkən zərərçəkmişə dəyən ziyanın ödənilməsini, zərərçəkmişlə barışıq olmasını yüngülləşdirici hal kimi nəzərə alıb.

İttihama görə, Mehdi Ovçuzadə tanışı olan qızla qohumunun evinə gəlib. O, maşını binanın qarşısında saxlayıb.

Bu zaman binanın mühafizəçisi ilə Mehdi Ovçuzadə arasında mübahisə yaranıb. Mühafizəçi Mirzəməhəmməd Abduləzizov Mehdi Ovçuzadəyə axmaq deyib. Bundan sonra Mehdi Ovçuzadə özündə olan bıçaqla mühafizəçini vurub.

Yaralı xəstəxanaya çatdırılıb, ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Publika.az