Logo

İş adamı məhkəmə zalında həbs edildi


Bakı Ağır Cinayətlər Məhkəməsində küllü miqdarda dələduzluqda təqsirləndirilən Kahin Gərayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TopXeber.Az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, K. Gərayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə iclas zalında həbs olunub.

Qeyd edək ki, Bakı şəhər sakini Gərayev Kahin Əli oğlunun Binə ticarət mərkəzində xəz mağazaları olduğu bildirilir. K. Gərayev iş qurmaq adı ilə tanışına qarşı 100 min manatdan çox dələduzluqda təqsirləndirilir.