Logo

Müharibə BAŞLADI – 10-dan çox ölü var


Ukraynanı silahlı qüvvələri “Donetsk Xalq Respublikası” (“DXR) separatçı qurumun nəzarətində Qorlovkaya hücuma başlayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Ukrayna xəbər verir ki, tank qüvvələrinin dəstəyi ilə hücuma keçib.

Xəbərə görə, müdafiə xəttinin yarılmasına mane olmaq üçün “DXR”-in hərbi bölmələri, həmçinin xüsusi təyinatlı dəstə cəbhənin bu istiqamətinə təcili cəlb olunub. “DXR”in operativ komandanlığının komandan müavini Eduard Basurin bildirib ki, hücumun gedişatında Ukrayna güclərindən təxminən 10 nəfər öldürülüb, tank və BMP məhv edilib.

“Biz vəziyyətin inkişafının istənilən variantına hazırıq. Düşmən üçün bir çox xoşagəlməz sürpriz hazırlanıb”, -Basurin deyib.

“İnterfaks”ın məlumatına görə, hücum nəticəsində separatçı qüvvələrdən biri öldürülüb, üç döyüşçüsü əsir götürülüb. Qorlovka meri İvan Prixodko həmçinin bildirib ki, Ukrayna tərəfindən atəş nəticəsində 4 dinc sakin yaralanıb.

Lakin, UNİAN agentliyinin yazdığına görə, Ukraynanın birləşmiş güclərin əməliyyat mərkəzi Ukrayna tərəfinin itmələri haqqında informasiyanı təsdiq etməyib.

TopXeber.Az