Logo

Partlayışda yaralananların son durumu: "Tanınmaz haldadır" - XƏSTƏXANADAN AÇIQLAMA - YENİLƏNİB


“Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə qaz partlayışı nəticəsində yaralanan şəxsilərin vəziyyəti ağırdır.

TopXeber.Az bildirir ki, 5 nömrəli Şəhər Klinik Xəstəxananın Yanıq şöbəsindən Yenicag.az-a verilən məlumata görə, xəstəxanaya iki yaralı gətirilib:

“İbrahimov Natiq Zahid oğlunun vəziyyəti çox ağırdır. Bədəni tamamilə yanıb, tanınmaz haldadır. Digər yaralı İbrahimova Şəkər Xosrov qızının da vəziyyəti ağırdır. Hazırda hər iki yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Əlimizdən gələni edirik”.

***16:35

Bakıda kafedə partlayış nəticəsində iki nəfər təcili yardım maşını ilə bədəninin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzinə aparılıb.

TopXeber.Az-ın əldə etdiyi məlumata görə, ölən şəxslər İbrahimov Natiq və İbrahimova Şəkərdir.Partlayış zamanı ölənlərin kafenin işçiləri olduğu bildirilir. 

Əlavə məlumat veriləcək.

***16:00

Bakıda kafedə partlayış olub.

TopXeber.Az-ın məlumatına görə, Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

***15:41

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib.

TopXeber.Az xəbər verir ki, “Elite” ticarət mərkəzinin yaxınlığında qaz sızmasından partlayış olub. İlkin məlumata görə, 1 nəfər hadisə yerində vəfat edib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər göndərilib.

Əlavə məlumat veriləcək.