Logo

Kürəkən həyat yoldaşı və qayınanasını qətlə yetirib


Paytaxtda dəhşətli hadisə baş verib.

TopXeber.Az xəbər verir ki, kürəkən həyat yoldaşı ilə qayınanasını qətlə yetirib. Hadisə Xətai rayonu Nazimov küçəsində baş verib. 64 yaşlı Mahirə İsgəndərova və qızı 31 yaşlı Günay İsgəndərova yaşadıqları evdə qətlə yetiriliblər. Hadisə barədə polisə məlumatı Mahirə İsgəndərovanın oğlu verib. O, qətlin Günay İsgəndərovanın əri tərəfindən törədildiyini bildirib.

Faktla əlaqədar cinayət işi açılıb.