Logo

“Azərbaycanlılarla ermənilərin ortaq biznesi var” - Qarabağ problemi ilə bağlı ŞOK DETAL


Ukraynalı jurnalist-ekspert Dmitri Qordon azərbaycanlılar və ermənilər, eləcə də Dağlıq Qarabağ münaqişəsi haqqında maraqlı fikirlər səsləndirib.

TopXeber.Az xəbər verir ki, Qordon ermənilərin Azərbaycan və Türkiyə ilə barışmaq istədiklərini, lakin Rusiyanın buna imkan vermədiyini açıqlayıb.

“Dağlıq Qarabağ münaqişəsini Rusiya yaratdı. “Parçala və hökmranlıq et!”, bu, Rusiyanın sevimli sxemidir. Azərbaycan və Ermənistan liderləri masaya əyləşə və münaqişəsinin həlli ilə bağlı asanlıqla razılaşa bilərlər. Almaniyanı birləşdirmək mümkün oldusa və Koreyanı birləşdirmək olarsa, Qarabağ münaqişəni niyə həll etmək olmaz?!”, - deyə o bildirib.


Qordon Moskvada yaşayan və Qarabağın işğalına qarşı çıxan erməni rejissor Armen Ciqarxanyanla söhbətlərini xatırladıb: “Armen azərbaycanlılara hörmət edir və deyir: “Niyə mən onlara nifrət etməliyəm, niyə süni şəkildə azərbaycanlıların düşmən olduğu fikrini yeridirlər?!”. Fikrimcə, azərbaycanlılarla ermənilər yaxşı dost ola bilərlər, onlarda ortaq biznes olarsa, hər şey həll olunar. Mən “sən ermənisən”, “sən azərbaycanlısan”, - deyə ayrı-seçkilik edən insanlar gördüm. Mən həmçinin, biznesdə ortaq işləyən və yaxşı münasibəti olan azərbaycanlı ilə erməni də gördüm”. publika