Logo

Lənkəranda növbəti “Bazarstore” açıldı - VİDEO+FOTO


Lənkəranda növbəti "Bazarstore" açılıb.

TopXeber.Az xəbər verir ki, yeni mağaza şəhərin Qala xiyabanı ərazisində yerləşir.

Açılışla bağlı endirimlər, hədiyyəli məhsullar, özəl kampaniyalar alıcılara təqdim olunur.

Qeyd edək ki, yeni açılan market “Bazarstore”-un üçüncü filialı olacaq.

"Bazarstore" qida təhlükəsizliyi sistemini quraraq, keyfiyyətli, sərfəli və bol çeşidli qida və qeyri-qida məhsul çeşidləri ilə müştərilərinin ehtiyaclarını ən yaxşı şəkildə qarşılamaqdadır. İlk öncə işçilərinin etimadını qazanan şəbəkə Pərakəndə Akademiyasında onlara müntəzəm olaraq təlimlər verərək pərakəndə sektorunda yenilikçi liderliyini davam etdirməkdədir.

"Bazarstore" İSO 9001 (Keyfiyyət İdarəetmə Sistemi) və İSO 22000 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi) standartlarını tətbiq edir.

Mağaza əməliyyat müddətlərində, qida təhlükəsizliyinə təsir edən ciddi nəzarət nöqtələri gündəlik və həftəlik bazada yaradılan nəzarət formaları ilə izlənməkdədir. Məhsulların son istifadə tarixlərinə nəzarət, istilik, temperatur yoxlamaları, daimi izləməyə nəzarətlər isə sistemin izlənməsiylə bağlı qeyd edilən tətbiqlərdən sadəcə bir neçəsidir.

"Bazarstore" keyfiyyət və qida təhlükəsizliyi sistemlərinin bütün tələbləri barədə işçilərinə davamlı təlim verərək performans sisteminə və qaydalara daxil etmiş, sıx-sıx keyfiyyətə nəzarət qrupu tərəfindən nizamlı bir şəkildə nəzarət edilməkdədir.

"Bazarstore"-da ət, meyvə-tərəvəz və şirniyyat məhsulları keyfiyyətə nəzarət mütəxəssisləri tərəfindən laboratoriyada analiz edilərək, sadəcə uyğun olan məhsullar satışa təqdim edilir.