Logo

Almeyda yığmadan da kənarlaşdırıldı


Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

TopXeber.Az  AFFA-nın saytına istinadən xəbər verir ki, Riçard Almeyda zədəli olduğundan millinin hazırlıq prosesini tərk edib.

Qeyd edək ki, Azərbaycan yığma komandası mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan milliisi ilə yoldaşlıq görüşü keçirəcək.

Həmin qarşılaşma saat 20:00-da başlanacaq.