Logo

Arvadı Sneyderə xəyanət etdi - İDDİA


Hazırda Qətərin "Əl-Qarafa" klubunda çıxış edən Uesli Sneyder həyat yoldaşı Yolante Kabaudan ayrılır.

Fanat.Az Hollandiyanın "Prive" dərgisinə istinadən xəbər verir ki, cütüyün xoşbəxt evliliyi başa çatmaq üzrədi.

33 yaşlı futbolçu Qətərdə oldğu tədqirdə Yolante 2 yaşlı oğulları Xess Xava ilə Mayami, Meksika, London və Amsteramda gəzir. Artıq "Instagram"da ərinin soyadından da istifadə edən Kabau Sneyderlə son paylaşımını yanvarın 1-də edib. Sneyder isə sonuncu dəfə fevralın 14-də həyat yoldaşının fotosunu paylaşıb. Bütün bunlar onların ayrılması ilə bağlı şaiyələrin yayılmasına səbəb olub.

Hollandiya mediası ayrılığa xəyanətin səbəb olduğunu iddia edib. "Prive"nin iddiasına görə, Yolante ərinə hollandiyalı bir aktyorla və prodüsserlə xəyanət edib. Hətta onlar ötən yay Meksikaya edərək birlikdə istirahət ediblər. 

Sneyder dərhal iddiaları təkzib edən açıqlama yayıb: "İşlərimiz həddən artıq çoxdu. Mən Qətərdəyəm, Yolante ABŞ-da. Amma hər gün görüntülü danışırıq".

TOPXEBER.AZ