Logo

İsrail aviasiyası fələstinlilərin Qəzza zolağındakı mövqelərinə zərbələr endirib


İsrail aviasiyası fələstinlilərin Rəfah şəhərində və Qəzza zolağındakı hərbi mövqelərinə zərbələr endirib.

TopXeber.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə HƏMAS-ın hərbi qolu olan “Kassam” silahlı birləşmənin bəyanatında bildirilir.    

“İsrail təyyarələri Qəzza zolağının cənubundakı Eyn Calut mövqelərinə zərbə endirib”, - deyə məlumatda bildirilir.

Həmçinin Rəfah şəhərinin qərbindəki “Əl Həşaşin” mövqeləri bombalanıb.