Logo

Prezident və ailəsi məzun günündə: Heydər Əliyev diplom aldı - FOTOLAR


Mayın 26-da ADA Universitetində məzun günü keçirilib.

TopXeber.Az xəbər verir ki, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Ümumilikdə "ADA” universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb. Onların arasında 2013-cü ildə 590 bal toplayaraq "ADA” Universitetinə qəbul olunmuş Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də var. O, beynəlxalq münasibətlər ixtisası üzrə məzun olub. İlham Əliyev məzunların bir qrupuna diplomları təqdim edib.

ADA Universitetində tələbə, müəllim və işçi heyəti 46 müxtəlif ölkəni təmsil edir.

Hazırda burada 41 ölkədən 2200 tələbə təhsil alır ki, onlardan da 85 faizi bakalavr, 15 faizi isə magistr pilləsindədir.