Logo

İtkin düşən müəllimin meyiti sellofan torbada tapılıb


Şirvan şəhərində itkin düşən müəllimin meyiti tapılıb.

TopXeber.Az Report-a istinadən xəbər verir ki, meyit Şamaxı rayonunun Göylər kəndi ərazisində aşkar edilib.

Belə ki, qadın öldürüldükdən sonra onun meyiti sellofan torbaya qoyulub. 

Həmin torba Çöl Göylər - Dağ Göylər avtomobil yolunda dərəyə atılıb.

İlkin məlumata görə, meyit mayın 24-də itkin düşən qadın müəllim, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevaya məxsusdur.