Logo

Şamaxıda sellofan torba ilə boğulmuş kişi meyiti tapıldı


Şamaxı rayonunda kişi meyiti tapılıb. 

TopXeber.Az bildirir ki, meyit rayonun Göylər kəndi yaxınlığında aşkar edilib. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişinin sellofan torba ilə boğularaq öldürüldüyü bildirilir. 

Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.