Logo

9 il arvadını döydü, boşananda da qayınanasının evini yandırdı


Türkiyənin Kahramanmaraş bölgəsində xoşagəlməz hadisə olub.

TopXeber.Az Hürriyet-ə istinadla bildirir ki, 9 illik evlilikdən sonra qadın həyat yoldaşından boşanmaq qərarına gəlib. Buna səbəb özünün və qızının hər gün təhqirlərə, işgəncələrə məruz qalması olub.

Boşanma xəbərinə etiraz edən kişi isə qayınanasının evini yandırıb. Hazırda faktla bağlı araşdırma gedir.