Logo

Azərbaycanda pensiyaçılara ŞAD XƏBƏR: Ramazan Bayramı ilə əlaqədar olaraq əlavə pul verilə bilər


Türkiyədə Ramazan bayramı ilə əlaqədar olaraq, milyonlarla təqaüdçüyə təqaüddən əlavə mükafat veriləcək. Bayram hədiyyəsindən 12 milyon təqaüdçü yararlanacaq.

Maraqlıdır, Azərbaycanda necə, bu ənənəni yaratmaq olarmı?

TopXeber.Az xəbər verir ki, millət vəkili Fazil Mustafa Sfera.az-a açıqlamasında bu haqda danışıb. O belə bir addımın atılmasını müsbət qiymətləndirərək Azərbaycanda da bu ənənənin yaradılmasının əhəmiyyətini vurğulayıb:

 "Əlbəttə, belə bir addımın atılması müsbət haldır. Bayramda təqaüdçüləri sevindirmək üçün Azərbaycanda da belə bir ənənə yaratmaq olar. Xüsusən də,  Ramazan Bayramında təqaüdçüləri sevindirmək müsbət haldır. Belə bayramlarda vətəndaşların maddi vəziyyətlərini yüngülləşdirmək üçün bu cür ənənəyə ehtiyac var. Azəbaycanda bu ənənəni reallaşdırmaq üçün imkanlara baxmaq lazımdır”.

Millət vəkili büdcə imkanlarından da danışıb:
 
"Lazımsız xərcləri azaltsaq, büdcənin vətəndaşın hər bir şəraitini yaxşılaşdırmağa imkanı var”.

Hazırda təqaüd kapitalının dəyərdən düşdüyünü deyən iqtisadçı-ekspert Akif Nəsirli isə Azərbaycanda bu ənənənin yaradılmasının mümkünsüzlüyündən danışıb: Türkiyə Azərbaycanla müqayisədə dinə daha həssas dövlət hesab edilə bilər. Xüsusən də, Türkiyədə hökuməti təmsil edənlər islam təmayüllü qüvvələrdən formalaşıb. Rəcəb Tayyip Ərdoğan bu mövzularda çox həssasdır. Azərbaycanda belə bir ənənənin yaradılacağını düşünmürəm. Lakin ölkənin bu ənənəni yaratmaq üçün imkanları var. Hazırda ölkəmizdə təqaüdlərin 10 faiz artırılmasına da imkan var. Hər ilin sonunda inflyasiyaya görə təqaüdün indeksləşməsində fərqlər görürük. Real inflyasiya 2 rəqəmli olduğu halda təqaüdlərin indeksləşməsi 5-6 faizlə reallaşır. Ötən il azı 18 faiz inflyasiya olsa da, təqaüdlərə 6.5 faiz əlavələr olunub. Hazırda təqaüd almayan, lakin gələcəyini qurmaq üçün sosial sığorta haqqı ödəyən işçilər var ki, onlar pensiya kapitalı yığır və həmin kapital hər il azı 10-12 faiz dəyər itirir. Bu isə o deməkdir ki, hər il pensiya kapitalı 10 faiz dəyər itirirsə, 10 ilə də 100 faiz dəyər itirəcək. Bu tip problemlər varkən, təqaüdçülərə Ramazan hədiyyəsinin veriləcəyini gözləmək absurddur”.