Logo

Technol xəzər neft qaz sərgisində məhsullarını sərgiləyir


Technol mühərrik və sənaye yağları istehsalçısı Bakıda keçirilən 25-ci Xəzər Neft və Qaz sərgisində məhsullarını nümayiş etdirir. 

 Şirkətdən verilən məlumata görə sərgidə Azərbaycandan yeganə mühüərrik və sənaye yağları istehsalçısı kimi təmsil olunan Technolun stendi sərginin ikinci zalında yerləşir. 

3 gündür davam edən sərgi boyunca Technol 100-ə yaxın yerli və xarici şirkətlə danışıqlar aparıb ki, bunların da bir çoxu ixracyönümlü danışıqlardır. Sərgidən sonra şirkətin yeni ixrac müqavilələri bağlayacağı nəzərdə tutulub. 
 
Qeyd edək ki, sərgi 1 iyun saat 18:00-a qədər davam edəcək.