Logo

Gərgin mübarizə sona çatdı - O da "Maşın"dan getdi


"Maşın" realiti-şousunun 16-cı sürətində yenə səsvermə keçirilib.

17 iştirakçı ilə davam edən şouda tamaşaçılar müğənni Roza Zərgərlinin gedib-getməməsinə qərar veriblər. 

Veriliş ərzində ikinci dəfə kürsüyə çıxan Roza səsvermədə qalib gələrsə, aparıcı Günel Hümbətovanı yarışmadan kənarlaşdıracağını deyib. 

Müğənni sonda 54,14 faiz səs toplayaraq, Güneli şoudan çıxarıb. 

Qeyd edək ki, "Maşın" şouda mübarizə aparıcılar Mətanət Əliverdiyeva, Azər Axşam, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, Uran, aktrisa Pərvin Abıyeva arasında gedir.

///Axşam.az