Logo

Təbiət hadisəsi Rusiyada da özünü göstərdi...Gözlənilməz hava


Rusiyanın Ekaterinburq şəhərində iyunun 1-ə keçən gecə qar yağıb.

TopXeber.Az Trend-ə istinadən bildirir ki, sinoptiklər buludlu hava şəraiti olacağı barədə məlumat versələr də, qarın yağması sakinlər üçün gözlənilməz olub.

Qar bir saat ərzində fasiləsiz yağıb. Gecə havanın temperaturu -4 və - 9 arasında dəyişib.

Bugünkü proqnoza görə, Rusiyanın bu şəhərində arabir yağış gözlənilir.

Qeyd edək ki, ötən gün Rusiyanın Kirov şəhərinə də qar yağmışdı.