Logo

Zidan “Real”ı Ronaldoya görə tərk edib


Madrid “Real”ının sabiq baş məşqçisi Zinedin Zidan hücumçu Kriştianu Ronaldunun müqaviləsinin müddətinin uzadılması ilə bağlı baş verən problem səbəbindən ispan klubunu tərk edib. 

TopXeber.Az Oxu.Az-a istinadən bildirir ki, Ronaldunun və hücumçu Qaret Beylin taleyi ilə bağlı qeyri-müəyyənlik Zidanı narahat edib. 

Nəşr qeyd edib ki, baş məşqçinin klub prezidenti Florentino Peres ilə transfer siyasətində fikir ayrılıqları olub. Peres “Atletik”in qapıçısı Kep Arrisabalaq ilə müqavilə imzalamağa hazırlaşıb, bu zaman Zidan Keylor Navasın oyununu bəyəndiyini bildirib. 

Bundan başqa, “Real”ın şefi Zidanın Robert Levondovski və Neymar kimi oyunçuları almaq fikrinə qarşı çıxıb. 

Zidan mayın 31-də “Real”dan istefa verdiyini açıqlayıb.