Logo

"Gecələr içir döyür, səhərlər ayılıb üzr istəyir"...Üç uşağın gözü qarşısında İŞGƏNCƏ - FOTO


"Bu xanımı həyat yoldaşı bu vəziyyətə salıb. 3 uşaq anası olan qadın hər dəfə yoldaşı içdikdən sonra onu döydüyünü deyir. Səhər açılanda isə özündə olmadığını bildirərək, üzr istəyir. Bir ananın övladları qarşısında bu cür döyülməsi həqiqətən də ağlasığmaz hərəkətdir!»

TopXeber.Az bildirir ki, bunu «Təmiz Dünya Qadınlara Yardım» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkədə paylaşıb.

Paylaşım müzakirələrə səbəb olub və istifadəçilər qanunda dəyişikliyə ehtiyac olduğunu qeyd ediblər.