Logo

"Qarabağ"dan transfer: ilk legioner gəldi


"Qarabağ" ilk əcnəbi transferini reallaşdırıb.

TopXeber.Az xəbər verir ki, Ağdam klubu "Qəbələ"dən Filip Ozobiçi heyətinə qatıb. Bölgə klubundan ayrılan orvat futbolçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ozobiç əvvəllər Rusiyanın "Spartak" (Moskva), Xorvatiyanın "Hayduk" və "Slaven" klublarında çıxış edib. 2016-cı "Qəbələ"yə transfer olunan 27 yaşlı yarımmüdafiəçi ölkəmizdə 74 rəsmi oyun keçirib və 25 qol vurub. Ozobiç Xorvatiyanın bütün aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib və ötən il dəvət aldığı A millidə iki oyuna çıxıb.

Onu da qeyd edək ki, "Qarabağ" "Sumqayıt"dan Cavid İmamverdiyev və "Səbail"dən Rahil Məmmədovla da anlaşıb.