Logo

Bakıda güclü yanğın – Fotolar


Bakının Binəqədi rayonu ərazisində yanğın təkər tullantıları sexində qeydə alınıb.

Bu barədə FHN-dən minval.info-ya daxil olan məlumatda bildirilir.

Hazırda qurumun yanğın bölmələri alovun qarşısını almağa çalışır.

 17:55

Sosial şəbəkələrdə Bakıda güclü yanğnın başladığını əks etdirən görüntülər yayılıb.

Minval.info xəbər verir ki, görüntülərə əsasən, yanğının şəhərin şimal istiqamətində sənaye obyektlərinin yerləşdiyi ərazidə başladığını düşünmək olar.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.