Logo

Səmada hadisə: AZAL təyyarəsi quşla toqquşdu


Quşla toqquşan AZAL təyyarəsi hava limanına qayıdıb.

TopXeber.Az xəbər verir ki, bu barədə AZAL-ın "Facebook” səhifəsində yayılan məlumatda deyilir.

"AZAL-ın J2-080 İstanbul (IST) - Bakı (GYD) reysi ilə səyahət edən sərnişinlər üçün məlumat.

Atatürk Beynəlxalq Hava Limanından uçuş zamanı təyyarənin quş ilə toqquşması ilə əlaqədar olaraq, hava gəmisinin komandirinin qərarı ilə təyyarə İstanbul hava limanına qayıdıb. Bu reysin sərnişinləri başqa bir təyyarə ilə Bakıya göndəriləcək.
Qeyd edək ki, aviaşirkətin qaydalarına əsasən, ehtiyac yarandığı təqdirdə yubanan reysin sərnişinləri bütün lazımi hər şeylə təmin olunacaq.

Yaranan narahatlığa görə üzr istəyirik”.