Logo

Suriya ABŞ-dan “Ət-Tanf” bazasını tərk etməyi tələb edib


Suriya baş nazirinin müavini və XİN rəhbəri Valid Müəllim ABŞ-dan ölkə ərazisində yaratdığı “Ət-Tanf” bazasını tərk etməyi tələb edib.  

TopXeber.Az-ın xəbərinə görə, V.Müəllim bu barədə Dəməşqdə mətbuat konfransında çıxışı zamanı deyib.

“ABŞ qoşunlarını Ət-Tanfdakı bazadan və Suriyanın bütün ərazisindən çıxardıqdan sonra Cənubi Suriyada təhlükəsizliyə dair razılaşma barədə danışa bilərik”, - deyə Suriya XİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Suriya hökuməti cənubi cəbhədəki vəziyyətə dair danışıqlarda iştirak etmir: “Bu sahə ilə əlaqədar hər-hansı sazişin bağlanılmasına dair məlumatlar İsrailin uydurmalarıdır”.