Logo

​Azərbaycanda yeni iqtisadiyyat portalı fəaliyyətə başladı


Azərbaycanda yeni iqtisadiyyat portalı fəaliyyətə başlayıb.

TopXeber.Az xəbər verir ki,"Kommersant.Az" adlanan sayt, adından da göründüyü kimi iqtisadiyyat portalı olaraq fəaliyyət göstərəcək. 

Ölkədə və dünyada baş vermiş iqtisadi olaylar, maliyyə prosesləri əsas maraq dairəsindədir.

İqtisadi əhəmiyyətli siyasi və sosial məsələlər də portalın mövzu portfelinə daxildir. Müxtəlif layihələrimiz jurnalistikanın məlumatlandırmaq, bilgiləndirmək, maarifləndirmək prinsiplərinə hesablanıb.

Sayt iqtisadi olaylar fonunda hər hansı kommersiya təşkilatlarının yox, məhz xalqın tərəfindən çıxış edəcəyini və xəbər siyasətinə əsasən, vətəndaşların sözçüsü olacağını vəd edir.