Logo

Bakıda 17 yaşlı qızı güllələyən onun nişanlısı DEYİLMİŞ- QƏTLin TƏFƏRRÜATLARI


Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində 17 yaşlı Aytən Cəfərovanı güllələyən şəxs onun nişanlısı deyilmiş.

"Ölkə.Az"ın məlumatına görə, medianın Elçin Qədimov kimi təqdim etdiyi şəxsin əsl adı Sabirdir, Elçin isə onun atasının adıdır. 

Əldə etdiyimiz məlumata görə, Sabir Qədimovla A.Cəfərova nişanlı olmayıblar. Sadəcə, bir neçə gün öncə elçilik mərasimi baş tutub. Qonşuların dediyinə görə, hətta oğlan evi qız evinə üzük də aparmayıbmış. 
Qeyd edək ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş vermiş hadisə nəticəsində 55 yaşlı Esmira Cəfərova və onun qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızı güllə yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ananı xilas etmək mümkün olsa da, 17 yaşlı A.Cəfərova həyatını itirib.