Logo

Ərdoğan məğlub olarsa, Türkiyənin halı necə olacaq? - TƏHLİL


Ərdoğan məğlub olsa, “demokrasi sandık değildir” deyəcəkmi?

Prezident idarəetmə sistemində xalqın birbaşa seçdiyi rəhbərə geniş səlahiyyətlər verilir. İyunun 24-də Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra da böyük ehtimalla Rəcəb Tayyib Ərdoğan da xalqdan aldığı vəkalətlə ölkəni təkbaşına quracaq və əlindəki səlahiyyətlərlə idarə edəcək. Güclü dövlətlər lazımı yerdə lazımı qərarı verə bilmək üçün bu üsuldan istifadə edirlər.

Erkən seçki qərarı verilənə kimi “erkən seçki ehtimalı yoxdur” deyən bütün köşələr, televiziya kanalları hətta bu ehtimala inansalar belə, niyəsə bu cür yazmaq məcburiyyəti hiss ediblər. 16 apreldə keçirilən referendumdan sonra hər an qayğılı görünən Ərdoğan güman ki, ən incə detalına kimi planlaşdırılan “seçki”nin tarixini açıqladı:

24 iyun 2018.

Sürpriz ola bilər? Siyasətin ən sadə seyrini görənlər üçün bu cür hallarda təəccüblü heç nə baş vermir.

Ərdoğan çıxışı zamanı seçki kampaniyasının iki əsas mövzusunu açıqlamışdı:

Afrin əməliyyatı və əlbəttə ki, 15 iyul çevriliş cəhdi.

Sizcə, seçki kampaniyası bu iki adla məhdudlaşır?

15 iyul hadisələri bəs etmirdi. Ona görə də seçkiqabağı təşviqat kampaniyası ilə Afrinə əməliyyat əmri verilmişdi. Ehtiyac olarsa, vətəndaş-əsgər iqtidarını itirmək qorxusu yaşayan Türkiyənin sarıldığı “var olmaq mübarizəsi” adlı yeni kampaniyaları da var. Ümid edək ki, kampaniya olaraq da qalar.

Bəs sandıqdan Ərdoğan çıxmasa, “nəticələrə hörmət edirəm” deyəcəkmi?

Hər bir halda qalib olmayacaqsa, bunu bizdən əvvəl bilər. Bu vəziyyətdə isə seçkiləri hər vəchlə ləğv etməyə çalışar. Yəni Türkiyə icazə versə, yeni “Gəzi olayı” yaşanar. Bu dəfə isə işlər daha çox qarışar.

Taxt uğrunda yenə faciəvi aksiyalar, şəhidlər, partlayışlar yaşana bilər. Hazırda taxt-tac sevgisi o dərəcədə psixoloji xəstəliyə çevrilib ki, nə ədalət qalar, nə iqtisadiyyat, nə də sülh. Ərdoğan seçkidən məğlub çıxsa belə çətin ki, getsin. Hətta məğlubiyyət məsələsinin özü ütopiyadan başqa bir şey deyil. Pişiyə ciyər versəniz, yeməyəcək? YSK ağızlarından çıxacaq bircə sözlə əmrlərindədir. Yəni seçkidən qalib çıxacağı açıq-aşkar ortadadır.

Sanki Türkiyə 15 iyulu ümumiyyətlə, yaşamayıb, OHAL heç vaxt olmayıb, hələ də köhnə Türkiyə varlığını qoruyur, zorla da olsa, Türkiyədə parlament sistemi axsaq-axsaq sürünür, məhkəmə mexanizmi işləyirmiş kimi davranılır.

Amma elə deyil...

Necə idi? Seçkilərə qədər tərəflər arasında rəsmi və ya formal ittifaqlar qurulur və cəmiyyətə elan edilir. Sonra seçkiyə gedilir, sandıqlar açılır. Seçki Şurası (YSK) öz işini görür və qalib... Təbriklər!!!

Sizcə 25 iyun səhəri mənzərə belə olacaq? “Hə” deyirsinizsə, inanılmaz optimistsiniz. Və Türkiyədə bir növ rejim dəyişikliyi yaşandığını görməzdən gəlirsiniz. Bu da çox bədbin oldu yəqin.

Onda sualı belə qoyaq:

Deyək ki, seçicilərin şəxsi iradəsi ilə ortaya çıxan vərəqələr sandıqda dövrə vurur. Onda YSK-nın Ərdoğanın qalib olmadığını açıqlama ehtimalını düşünə bilirsiniz? Və ya seçki YSK-nın dəyişdirə bilməcəyi qədər güclü oldu və müxalif namizəd qalib oldu. Bu zaman Ərdoğan nə edəcək?

“Nəticələrə hörmət edirəm və qalibi təbrik edirəm” deyər, yoxsa...

Doğrudan da maraqlıdır.