Logo

Ərdoğanın karikaturalarını çəkən məşhur karikaturaçı saxlanıldı


Məşhur karikaturaçı Nuri Kurtcebe günahlandırılaraq saxlanılıb. 

TopXeber.Az Hürriyet-ə istinadla bildirir ki, buna səbəb 69 yaşlı karikaturaçının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın karikaturalarını çəkməsidir. 

O, 2015-ci ildə də çəkdiyi karikaturalara görə 1 il 2 ay həbs olunmuşdu.
Hazırda məsələ ilə bağlı araşdırma gedir.