Logo

Həkim öldü... Xəstəxanada yas mərasimi quruldu


Türkiyənin Ərzurum vilayətində faciəli hadisə olub.

TopXeber.Az Hürriyet-ə istinadla bildirir ki, ötən gün keçirdiyi maşın qəzasında həlak olan 33 yaşlı cərrah İbrahim Avşin Öztürk üçün işlədiyi xəstəxanada yas mərasimi qurulub. 
Bir övlad atası olan İbrahim tibb sahəsində Türkiyədə bir çox uğurlu işlərə imza atıb. 
Yaxınlarının və iş yoldaşlarının iştirakıyla mərhumun cənazəsi xəstəxanadan götürülüb.