Logo

​İşğal altındakı Xankəndində etiraz aksiyaları genişlənir– FOTOLAR


İşğal altındakı Xankəndində etiraz aksiyaları yenidən başlayıb. 

TopXeber.Az bununla bağlı “Azatyutyun” radiosuna istinadla məlumat yayıb. 

Məlumatlara əsasən, etirazçılar polis və milli təhlükəsizlik xidmətinin rəhbərlərinin istefasını tələb edirlər.

“Biz bu həyandan bezmişik, biz bir şey tələb edirik: bərabərlik olsun. Heç kəs deməsin ki, bu kiminsə oğludur. Mən qanunu pozmuşam. Buna görə cəzalandırılmalıyam. Bizim sosial şəraitdən narazılığımız yoxdur. Bütün polislər bizim qardaşlarımızdır, bizim onlarla problemimiz yoxdur, ancaq xalqa xidmət edən bu orqanlara rəhbərlik etməlidir”, - etirazçılardan biri deyib. 

Qeyd edək ki, son 3 gündə etirazçılar Xankəndinin mərkəzi Azatamartikner küçəsini bağlayıblar.