Logo

Tiflisdə metropolitendə iş rejimi dayandırıldı - Maşinistlər tətil edir


Tiflis metrosunda əmək haqqının artımını tələb edən maşinistlər tətil edib və bu səbəbdən metro işləmir.

Bu barədə Gürcüstanın “Birinci kanalı” məlumat yayıb.

Metronun girişində sərnişinlərin avtobusdan istifadə etmələri olduğunu vurğulayan plakat quraşdırılıb.

Bu halda avtobuslar bu gün – bazar ertəsi pulsuz işləyəcək.

Tiflis meri Kaxa Kaladze tətil edən maşinistlərə hiddətlənərək bildirib ki, onların maaşı kifayət qədərdir.

Öz növbəsində metro maşinistləri isə maaşlarının saata 7 laridən 10 lariyə qaldırılmasını tələb edirlər.

Məlumat üçün bildirək ki, Tiflis metrosunda təxminən 240 maşinist işləyir.

yenicag.az