Logo

Tovuzda üç yaşlı oğlan zəhərlənərək ölüb


Tovuzda üç yaşlı oğlan kimyəvi maddədən zəhərlənərək ölüb.

TopXeber.Az APA-ya istinadən xəbər verir ki,  rayonun Qədirli kənd sakini, 2015-ci il təvəllüdlü Ramil Vüqar oğlu Balakişiyev yaşadığı evdə şüşədə olan metafos tərkibli məhlulu meyvə şirəsi bilərək içib.

 Ağır dərəcədə zəhərlənən uşaq xəstəxanaya çatdırılsa da, onu  xilas etmək mümkün olmayıb.