Logo

Zərdabda evdən oğurluq edən 3 qadın tutulub


Zərdabda oğurluq edən qadınlar tutulub. 

TopXeber.Az - ın xəbərinə görə, Zərdab rayon Məmmədqasımlı kənd sakini Eyvazov Fuad Əlhəddin oğlu Zərdab rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ötən gün evdə olmadıqları müddətdə pul kisəsində olan 240 manatın, sandıqda olan 5600 manatın, 500  rublun, 1600 dolların, 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzüyün oğurlandığını bildirib.

Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri - Nadirova Seyran İsrafil qızı, onun bacısı Nazlı Mahmudova və tanışları Bəkirova Xəzəl Əli qızı tutularaq istintaqa təhvil veriliblər. İlkin dindirmə zamanı məlum olub ki, qadınlar zərərçəkənin fərdi yaşayış evinin giriş qapısının gizlədilmiş açarını taparaq, qapını açma yolu ilə evə daxil olub və oğurluq ediblər.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.