Logo

500-dən çox bal yığanlara 200 manat təqaüd


Azərbaycan Dövlət Aqrar Universiteti abituriyentlərə maraqlı təklif edib. 

TopXeber.Az "Qafqazinfo"-a istinadən xəbər verir ki,  500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü ixtisasları seçən abituriyentlərə universitetin büdcədənkənar vəsait hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək.

Aqrar yönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. Uni­versitet bundan əlavə  abituriyentlərə yüksək təhsillə yanaşı müasir standartlara cavab verən yataqxana da vəd edir.