Logo

Turistin “qüsursuz planı” baş tutmadı – Kameralar onu ifşa etdi


Türkiyədə maraqlı hadisə olub. Belə ki, Antalyada otellərdən birində qalan ingilis turist otel işçilərini aldatmaq istəyib.

TopXeber.Az Hürriyet-ə istinadla bildirir ki,  O, şəxsiyyət vəsiqəsini və portmanatını oğurlandığını iddia edib.

Təhlükəsizlik kameralarına baxdıqdan sonra 28 yaşlı turistin sənədini və pul qabını otelin həyətinə atdığı məlum olub.

Bir həftə oteldə qalan turist “oğurlandığı” pula görə sığorta pulu alacağını düşünüb.
Hazırda faktla bağlı araşdırma gedir.