Logo

Vulkan qurbanlarının sayı artır


Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində həlak olanların sayı 69 nəfərə çatıb.

TopXeber.Az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Amerika respublikasının məhkəmə elmləri institutu məlumat yayıb.

Ölüm faktlarının əksəriyyəti Eskuintla departamentində qeydə alınıb, burada 60 nəfər həlak olub. Daha 9 nəfər isə Sakatepekes departamentində həyatını itirib. İnstitutun məlumatına əsasən, gətirilən cəsədlərdən barmaq izləri və fiziki xüsusiyyətlərinə görə yalnız 17-sinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Vulkan püskürməsi nəticəsində, həmçinin 46 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Təhlükəli zonadan təxliyə olunan 3 min 260 nəfərin təxminən yarısı müvəqqəti sığınacaqlara yerləşdirilib. Təbii fəlakət ümumilikdə 1,7 milyon insana təsir edib.