Logo

Azərbaycanda dəmir yolu stansiyası ləğv edildi


Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

 TopXeber.Az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyası ləğv edilsin. Yeni inşa edilmiş dəmir yolu stansiyası “Abşeron” adlandırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.