Logo

Bakıda evdən 200 manat aparan dəstə üzvlərinə 60 İL HƏBS


 Bakıda 72 yaşlı kişinin evinə basqın edərək pul götürməkdə  təqsirləndirilən Cəlil Quliyev, Elvin Salahov, Vüqar Qələndərov, Murad Səfərov, Əziz Əliyev, Vüsal Hüseynov və Gülər Bəxtiyarzadənin barələrindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TopXeber.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Cəlil Quliyev, Elvin Salahov və Vüqar Qələndərov 11 il, Gülər Bəxtiyarzadə, Əziz Əliyev və Vüsal Hüseynov 8 il, Murad Səfərov isə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Qeyd edək ki, hadisə ötən il, aprelin 26-da Nəsimi rayonu ərazisində baş verib. Dəstə üzvləri gecə saat 4 radələrində rayon sakini Səyyad Cəbiyevin mənzilinə aldatma yolu ilə girərək ev sahibinin başına dəmir parçası ilə xəsarət yetiriblər. Onlar evdə 50 min manat axtarsalar da oradan içərisində 200 manat pul və sənədlər olan pulqabı aparıblar.

Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini Murad Səfərov, Tərtər rayon sakini Gülər Bəxtiyarzadə və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Salahov tutulublar (Lent.az).