Logo

Bakıda yük maşını marketə çırpıldı


Bakıda Əhmədli metro stansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

TopXeber.Az bildirir ki, qəza zamanı “Ford” markalı yük avtomobili işıq dirəyinə dəyib, daha sonra marketə çırpılıb.

Hadisə nəticəsində işıq dirəyi sınıb, avtomobil və mağazaya ziyan dəyib.

Sürücü isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır (Oxu.az).