Logo

Cennifer 33 yaşlı direktorla eşq yaşayır


27 yaşlı Cennifer Lourens yeni eşq yaşayır. 

TopXeber.Az Axşam.az-a istinadla xəbər verir ki, aktrisa  Nyu-Yorkda rəsm qalereyasının direktoru Kuk Maroni ilə görüşür. 

Cennifer 33 yaşlı Kukla rəfiqəsi Lore Simpson vasitəsilə tanış olublar. Onların münasibəti bir neçə həftədir ki, davam edir. Onlar gizli görüşür, münasibətlərini mediadan gizlətməyə çalışırlar. 

Maroni bir çox məşhur rəssamla çalışır. Eyni zamanda, şəhərdə baş tutan ən məşhur sərgilərdə yer alıb.