Logo

İtaliyada göldə boğulan azərbaycanlının meyidi tapılmır: Tələbələr aksiya keçirəcək


 TopXeber.Az xəbər verir ki, iyunun 2-si İtaliyada azərbaycanlı tələbə dünyasını dəyişib. 

Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev Kastel Qandolfo şəhərindəki göldə boğularaq həyatını itirib.

Hadisədən 4 gün keçsə də, hələ də tələbənin meyiti tapılmayıb. Bu haqda AZXEBER.COM-a İtaliyada təhsil alan tələbələr məlumat verib.
 
Onların dediyinə görə, əməliyyat qrupları meyiti axtarmaq istəmir. Belə ki, həmin göl çox dərin olduğuna görə, əraziyə texnika gətirilməlidir. Ancaq İtaliya rəsmiləri bunu etməkdə maraqlı deyil. Məhz bu səbəbdən tələbələr bu gün İtaliyada Azərbaycan səfirliyinin önündə aksiya keçirəcək. Onlar Azərbaycan səfirliyinin məsələyə müdaxilə etməsini istəyir.

Qeyd edək ki, E.Babayev ailənin yeganə oğludur. Onun atası artıq İtaliyadadır.