Logo

İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbənin meyiti tapılıb


İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbə Elnur Babayevin meyiti tapılıb.

TopXeber.Az "Report" a istinadla xəbər verir ki, meyit dəfn edilməsi üçün Azərbaycana göndərilib.

Xatırladaq ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki göldə boğulub.

O, ailənin yeganə oğul övladı idi.