Logo

Natiq Əliyevin xatirəsinə “Neftçilərin qonaq evi” açıldı


 Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin xatirəsinə Şüvəlanda ev muzeyi yaradılıb. 

 TopXeber.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sabiq nazirə məxsus bağ evi hazırda “Neftçilərin qonaq evi” kimi fəaliyyətə başlayıb. 

Burada Natiq Əliyevin bütün həyat yolu əks olunub. Bağ evinin dəmir arakəsmələrinin naxışları belə neft buruqlarındandır. 

Muzeydə mərhum nazirin ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevlə fotolarını əks etdirən guşə, eyni zamanda neftlə bağlı bütün əmək fəaliyyətini əhatə edən xatirə lövhəsi əksini tapıb.

 Natiq Əliyevin “Əsrin müqaviləsi”, “Bakı-Ceyhan” kontraktlarında istifadə etdiyi  qələmlər də muzeydə nümayiş olunur.

 “Neftçilərin qonaq evi” mərhum nazirin oğlu Fərhad Əliyevin təşəbbüsü ilə yaradılıb. 

Muzey hər kəs üçün açıqdır.

Qeyd edək ki, iyunun 8-də sabiq nazirin il mərasimi keçiriləcək. Bu münasibətlə Heydər Məscidində iftar süfrəsi açılacaq.