Logo

Nazirlik: Zəlzələ nəticəsində Qaxın Marsan kənd məktəbinə zərər dəyib


TopXeber.Az xəbər verir ki, Qax rayonunda dünən baş verən zəlzələ nəticəsində bir neçə məktəbə ziyan dəyib. 

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, əsasən Marsan kənd tam orta məktəbinə daha çox zərər dəyib: "Belə ki, məktəbin binasında əvvəlki zəlzələdə də iri catlar əmələ gəldyindən tədris prosesində binanın bir hissəsindən istifadə olunmurdu. İndi digər hissələrdə də daha dərin çatlar əmələ gəlib. Rayonun Qaxbaş kənd 1 nömrəli tam orta, Fıstıqlı, Qaradolaq, Çinarlı kənd ümumi orta məktəblərində və Uşaq Gənclər İnkişaf Mərkəzinin binasının divarlarında xırda çatlar əmələ gəlib. Adı çəkilən bütün müəssisələrdə dərs prosesi davam edir" (Report).