Logo

"Qocalmamışam ki, yenə uşağım olacaq" - Elgiz


Aparıcı Elgiz Əkbər “Səhər-səhər” verilişində çoxuşaqlılıqdan danışıb.

 TopXeber.Az bildirir ki, o, çox uşaq dünyaya gətirib, sonra ona baxa bilməyən ailələrə irad bildirib:

“Adam var ki, 6 uşağı var, ondan ancaq biri yanındadır. O birilər onun-bunun qapısındadır. Belə uşaq dünyaya gətirib, baxarlar? İnsanın gücü nəyə çatır, o qədər uşaq dünyaya gətirməlidir".

Aparıcının sözlərinə əməkdar artist Nahidə Orucova münasibət bildirib. Onun, - “Elgiz, ona görə bir qızın var?”, - sualına aparıcı əsəbiləşib.

E.Əkbər ona , - “Mən qocalmışam ki? Yavaş-yavaş yenə uşağım olar", - cavabını verib (Axsam.az).