Logo

Yeni icra başçısı daha öncə hansı sahədə işləyib?


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Elxan Allahverdiyevin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

TopXeber.Az bildirir ki, Elxan Allahverdiyev Kapital Bank-ın İdarə Heyətinin sədri Elşən Allahverdiyevin qardaşıdır.

Elxan Allahverdiyev bir müddət Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb. O, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib, daxili xidmət polkovnik-leytenantıdır. Bu məlumatı Modern.az saytı yayıb. 

Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb.