Logo

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında


 TopXeber.Az xəbər verir ki, iyunun 6-da Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

 Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasdan əvvəl MDB iştirakçı dövlətlərin müdafiə nazirləri Qələbə meydanına gələrək Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə əklil qoyublar. Sonra qonaqlar Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kızıl şəhərindəki Prezident Kadet Məktəbinin tədris bazası ilə tanış olub, ağaclar əkib və "Aldın-Bulak” etnomədəni kompleksini ziyarət ediblər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.