Logo

Zakir Həsənovun özəl günüdür


Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun doğum günüdür.

TopXeber.Az bildirir ki, nazir 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub.

1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.   1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib.

Zakir Həsənovun 2003-2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsində çalışıb. Daxili Qoşunlarda işləyən zaman orduda nizam-intizam, hərbi hissələrin müasir texnika ilə təmin edilməsinə diqqət yetirib.

Həmin müddətdə valideynlər uşaqların Daxili Qoşunların xidmət etməsinə çalışırdılar. Çünki orada əsgərlər üçün hər cür şərait yaradılmışdı.

Zakir Həsənov 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edildikdən sonra gördüyü işlər davam etdirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən əsgərlərə daima diqqət və qayğı göstərilir.


Nazir tez-tez hərbi hissələrdə, əsasən cəbhədə yerləşən ordu hissələrinə baş çəkir, düşmən mövqelərini müşahidə edir.

Hərbi hissələr içməli su, istilik, yuyunma otaqları, isti yataq və digər lazımi avadanlıqlarla təmin olunub. Əsgərlərin yeməklərinə diqqət edilir. 


Azərbaycan Respublikası Prezidentinin 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə isə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.

Ailəlidir üç övladı var (Oxu.az).